My site Cümə axşamı, 02.05.24, 18.41
Главная | Регистрация | Вход Приветствую Вас Гость | RSS

 
Our poll
Statistics

Cəmi: 1
Qeydiyyatdan keçməyən: 1
İstifadəçi: 0
Главная » 2010 » Декабрь » 9 » Namaz İslamın sütünudur...
02.53
Namaz İslamın sütünudur...





 





 


Namaz İslamın

sütünüdur





Bismillahir-Rəhmanir-Rəhim

Həzrət Məhəmməd (s) buyurmuşdur: "Yer üzündə Tanrıya itaət etmək ona bəndəçilik etməklə müyəssər olar. Tanrıya bəndəçilik misilsiz nümunəsi isə namazdır.”[1]
O Həzrət (s) digər bir hədisdə buyurur: "Sizə namaz barədə (ona əhəmiyyət verməyinizi) vəsiyyət edirəm, çünki, namaz əməllərin ən yaxşısı və dininizin sütunudur.”[2]
Yenə o həzrətdən (s) rəvayət olunur: "Şübhəsiz ki, dinin sütunu namazdır. Elə ona görə də qiyamət günü soruşulan ilk əməl namaz olacaqdır. Belə ki, namaz düz olsa başqa əməllərə baxılacaq, düz olmadıqda isə o biri əməllərə də baxılmayacaqdır.”[3]
İlk baxımda bu və bu kimi hədislərə nəzər saldıqda qəribə fikir və suallar ortaya çıxır.


Fikirləşirsən ki, İslam dininin başqa çoxlu əzəmətli hökm və göstərişləri olan halda, nəyə görə gün ərzində cəmi on yeddi rəkətdən ibarət olan namaz dinimizin sütunu və əsası adlandırılmalıdır?
Dinimizdə oruc tutmaq, həccə getmək, cihad etmək və başqa-başqa qorxmazlıq və şücaət tələb edən digər göstərişlər olarkən, insanın vaxtını elə də çox tutmayan, insandan hansısa böyük bir qorxmazlıq tələb etməyən namazı dinin bünövrə və əsası kimi hallandırmağı necə başa düşmək olar? Və ya belə bir sual ortaya çıxa bilər ki, görəsən namazda hansı xüsusi müsbət və əvəzedilməz keyfiyyət vardır ki, onu digər ibadətlərdən fərqləndirir və hətta namaz, bu fərdi xüsusiyyətlərinə görə elə bir üstün dərəcəyə malik olur ki, həzrət Məhəmməd (s) onun haqqında buyurur: "Qiyamət günü haqqında sual olunan ilk əməl namazdır ki, yalnız namaz qəbul olan təqdirdə digər əməllər də qəbul olar.”[4]

Biz də bir çox başqaları kimi belə hədislərə rast gəldikdə, bir az öncə qeyd olunmuş suallarla üzləşirik. Elə buna görə də kifayətləndirici cavab tapıb özümüzü bu kimi sualların əlindən xilas etmək və bu qaranlıq məqamları işıqlandırmaq üçün ən yaxşı yolu müqəddəs Qurani-Kərimin ayələrinə müraciət etməkdə görürük.
Qurani-Kərimə müraciət etdikdə görürük ki, Allah-taala bizdən namazı tələb etdikdə, "namazı qılın" ifadəsi ilə deyil, "namazı bərpa edin" fərmanı ilə müraciət etmişdir. Birlikdə bu ayələrdən bəzisini nəzərdən keçirək:
"Sübh vaxtı və habelə günorta (vaxtından) gecənin yarsınadək namazı bərpa et.”[5]
"Namazı bərpa edin və (sizə vacib olan) zəkatı ödəyin.”[6]
"Biz onlara yaxşı işlər görməyi və namazı bərpa etməyi vəhy etdik”.[7]
Bu ayələrdə diqqət etdikdə görürük ki, namaz hökmünün bizə vacib olduğunu bildirən ayələrdə, namazı bərpa etməkdən söz açılmışdır.
Aydın məsələdir ki, namazı yalnız qılmaq, heç də onu bərpa etmək mənasını daşıya bilməz.
Hər şeydə əhval-ruhiyyə olduğu kimi namazda da xüsusi əhval-ruhiyyə olmalıdır. Dərs oxumaq və mütaliə əhval-ruhiyyəsinə malik olmayan şagird məktəbdə olduğu halda belə başqa bir əhval-ruhiyyədə yaşayır və belələri heç vaxt müvəffəqiyyətə nail ola bilmirlər.
Və yaxud döyüş zamanı döyüş əhval-ruhiyyəsində olmayan döyüşçünün döyüşə vurduğu ziyanı onun xeyrindən çox olar.
Namaz da bu qaydadan istisna olunmur. Namazın da başqa işlər kimi xüsusi əhval-ruhiyyəsi vardır. Namazın əhval-ruhiyyəsi, paklq, səadət, səxavət, kəramət, fədakarlıq, haqsevərlik, qorxmazlıq və mübarizlik kimi xüsusiyyətlərdən ibarətdir.
Namaz qılan hər bir kəs bu xüsusiyyətlərə malik deyilsə, o şəxs yalnız namaz qılmışdır, namazı bərpa etmək iqtidarına isə hələ də malik ola bilməmişdir.
Bizdən istənilən təkcə namazı qılmaq deyil, həm də namaz əhval-ruhiyyəsini yaratmaqdır. Namazı təkcə qılmaq yox, onu yaşatmaq lazımdır.
Quran ayələrinə müraciət etdikdə, yenə də namazın digər özünəməxsus xüsusiyyətini əldə edirik. "Ənkəbut" surəsinin 45-ci ayəsində bu ifadəni görürük:

"Namazı bərpa et, çünki, namaz insanı pis və çirkin işlərədn çəkindirir.”[8]
Deməli, namazın yaxşı işlərə çağırma və dəvət etmə qüvvəsindən əlavə pis işlərədən çəkindirmə qüdrəti də vardır.
Bizim ətrafımızda yaxşı əməllər olduğu kimi pis əməllər də çoxdur. Qəlblərimizdə müsbət fikirlər olduğu kimi, mənfi fikirlər də aşıb daşır, ona görə də ehtiyatlı olmaq lazımdır. Çünki, tam yetişmiş və saf bir meyvəni çürümüş meyvələrin içinə qoyduqda, az bir zamandan sonra o meyvə də öz saflığını itirəcəkdir.
Yaxşı əməllərin kənarında pis əməllər də meydan sulayırlarsa şübhəsiz ki, yaxşıların yaxşılığına nöqsan vurur və tədricən onları da pislər cərgəsinə keçirəcəkdir.
Elə buna görə də əxlaq alimləri "təhlyə"dən (özünü gözəl xüsusiyyətlərə yiyələndirməkdən) əlavə, "təxliyə"ni (özünü pis işlərdən təmizləməyi) də əsas bilmişlər. Əvvəl "təxliyə", sonra "təhliyə" demişlər.
Təbiidir ki, gözəl bir gül bağçası salmaq istəyən bağban öncə bağçanın yerini artıq ot-ələf və tikanlardan təmizləməli, sonra isə gül əkmək qərarına gəlməlidir. Hətta güllər bitdikdən sonra da, bağban diqqətli olmalıdır ki, sonradan tapılan tikanlar, ot-ələf və lazımsız budaqlar gülün inkişafının qarşısını almasın.
Mərhəmətli və mehriban Allahımız da pis əməllərdə olan zərər və ziyanları, onların yaxşı əməllərdə qoyduqları mənfi təsirləri gördüyünə görə, namazı bizim əməl bağçamız üçün diqqətli bağban təyin etmişdir. Elə bir bağban ki, əgər doğrudan da bağbanlıq edə bilsə, bütün pislikləri kökündən çıxarıb aradan aparar, beləliklə də yaxşı əməllərin layiqli tərəqqisini təzmin edər.

Deyilənlərdən bu qənaətə gəlmək olar ki, həqiqi namaz odur ki, insanı pis işlərdən çəkindirə bilsin.
İmam Sadiq (ə) buyurmuşdur: "Qıldığınız namazın Allah dərgəhaında nə qədər qəbul olduğunu bilmək istəsəniz, namazın sizi nə qədər nalayiq işlərdən çəkindirməsinə baxın".

Əziz oxucular! Gördüyünüz kimi namaz cəmi on yeddi rəkətdən ibarət olan zahiri bir ibadət deyil, həqiqətdə bizə dini əhval-ruhiyyə bəxş edən, müsbət əməllər, fikirlər və xüsusiyyətlərimizin ardıcıl tərəqqisinə xidmət göstərən bağban simalı bir ibadətdir.
Elə buna görə də namazı dinimizin sütunu adlandırmaq heç də əsassızlıq və yersiz sayıla bilməz.
Allahdan kömək, sizdən isə diqqətli olmağı xahiş edirəm!

Категория: İslam | Просмотров: 625 | Добавил: zalata3641 | Теги: namaz islam din allah tanri qiyamet | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:

Sayt üzrə axtarış sistemi

ULDUZ FALI








free counters

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz