My site Cümə, 03.05.24, 01.56
Главная | Регистрация | Вход Приветствую Вас Гость | RSS

 
Our poll
Statistics

Cəmi: 1
Qeydiyyatdan keçməyən: 1
İstifadəçi: 0
Главная » 2010 » Декабрь » 8 » Azərbaycan filmi “Oskar”a namizəd ola bilər
01.22
Azərbaycan filmi “Oskar”a namizəd ola bilər



    


 

 


  "Sahə” filmi bədii tammetrajlı film kimi


Amerika Kino Akademiyasının üzvlərinin


ixtiyarına təqdim olunacaq


 



Azərbaycan filmi dünyanın ən məşhur film mükafatı olan "Oskar”a təqdim olunub. Azərbaycan və Gürcüstanın birgə istehsalı olan "Sahə” filmi Oskar Komitəsinin 30 avqust 2010-cu il tarixində keçirilən iclasının qərarına görə bədii tammetrajlı film kimi Amerika Kino Akademiyasının üzvlərinin ixtiyarına təqdim olunacaq. Filmin istehsal olunduğu "Nərimanfilm” Kinostudiyasından APA-ya verilən məlumata görə, "Sahə” filminin namizədliyi Azərbaycan tərəfindən "Xarici dildə ən yaxşı film” kateqoriyasında "Oskar” mükafatı uğrunda mübarizəyə qatılmaq üçün irəli sürüləcək. 
     Filmin ssenari müəllifi və quruluşçu rejissor İlqar Safatdır. "Sahə” bədii filmində (The Precinct) məşhur fotoqrafın öz uşaqlıq dövrünə olan mistik səyahətindən danışır. Film Azərbaycan və Gürcüstan ölkələrinin müştərək istehsalı olub, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi, həmçinin "Paşa Bank”ın iştirakı ilə ərsəyə gətirilib.
Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) ifa ediblər. Quruluşçu operatorlar Konstantin (Mindia) Esadze və Varlam Karçxadze, quruluşçu rəssamlar Rəna Əfəndi və Törəxanım Ağabəyova, bəstəkar Andrey Doynikov, bədii rəhbər Cəmil Quliyev, filmin prodüseri Nəriman Məmmədovdur.
Filmin Azərbaycanda premyerası 2010-cu ilin payızına planlaşdırılır. Film haqqında daha geniş məlumatı http://www.theprecinct.az/ və http://www.narimanfilm.az/ saytlarında tapmaq olar.
Категория: Məsləhətlər | Просмотров: 705 | Добавил: zalata3641 | Теги: Azərbaycan filmi “Oskar”a namizəd o | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:

Sayt üzrə axtarış sistemi

ULDUZ FALI








free counters

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz